Dünya
Rusiya xəbərdarlıq etdi: “Dəniz sərhəddimizi pozan gəmilərə xəbərdarlıqsız atəş açacağıq”
Rusiya son grginlikdən dolayı dəniz sərhədlərinin mütəmadi olaraq pozulduğunu bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, ötən gün Saxalin adaları yaxınlığında ABŞ-a məxsusu sualtı qayığın Rusiya sərhəddini pozduğuna dair məlumat yayılmışdı.
Moskva xəbərdarlıqdan sonra ABŞ gəmisinin bölgəni tərk etdiyini bildirsə də, Vaşinqton məlumatı yalanlamışdı. Bu gün isə Rusiya tərəfi bəyan edib ki, əgər dəniz sərhədləri pozularsa, xəbərdarlıqsız atəş açacaqlar.