Dünya

Moskva Kiyevə qarşı kiberhücuma başladı: Bir ayda 1000 yalançı “bomba yerləşdirilib” xəbəri

Rusiya ilə Ukrayna arasında gərginlik bütün sahələri əhatə etməyə başlayıb. Sərhəddə 130 minlik qoşun yığan Kremlin hər an hücum edə biləcəyi deyilir. JAMAZ.İNFO xəbər verir ki,artıq bir çox ölkələr öz vətəndaşlarına müraciət edərək, onlardan Ukraynanı tərk etmələrini istəyiblər. Buraya diplomatlar da daxildir.

Qeyd edək ki, Rusiya artıq Ukraynaya qarşı müharibəyə başlayıb. Söhbət hərbi müdaxilədən deyil, kiberhücumdan gedir. Kiyev rəsmilərinin verdiyi məlumata görə, təkcə yanvar ayında 1000-dən çox “bomba qoyulub” xəbərdarlıqlı məlumat alıblar. “Rusiyanın əsas məqsədi Ukraynanı daxildən qarışdırmaq, insanları qorxu içində saxlamaqdır. Bu yollardan biri də saxta “bomba yerləşdirilib” xəbərləridir. Təkcə, yanvar ayı ərzində e-maillər üzərindən 1000-dən çox bu tibli yalan məlumatlar almışıq. Hazırda da proses davam edir”.

Maraqlı məqamlardan biri də odur ki, Rusiya prosesi sosial şəbəkələr üzərindən də reallaşdırır. Facebookun Ukrayna seqmentində tez-tez “filan yerə bomba qoyulub” xəbərləri yayılır. Artıq rəsmi qurumlar bu tip xəbərləri araşdırmaqdan vaz keçməyə başlayıblar. Zelinski hökuməti isə əhaliyə müraciət edərək, bu tip xəbərlərə əhəmiyyət verməmələrini istəyib.

JAMAZ.İNFO xəbər verir ki, Britaniya kəşfiyyatı bu gün Rusiyanın Ukraynanın bir çox şəhərlərində hərbi çevriliş etmək üçün plan hazırladığını açıqlayıb. Həmin məlumata görə, Kreml əsasən iri şəhərləri hədəf götürüb. “Kremlin başlayacağı hücumdan sonra Rusiya Federal Təhlükəsizlik Xirmətinin agentləri iri şəhərlərdə hərbi çevrilişlər təşkil edəcəklər. Bunun əsas sübutlarından biri isə Rusiyanın Ukraynada hakimiyyət dəyişikliyi planı hazırlamasıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button