Rusiya Ukraynaya şərt irəli sürdü: bunlarsız “sülh planı” ola bilməz
“Rusiyanın dörd yeni regionunun tanınması Ukrayna üçün “sülh planı”nın əsas komponentidir. Bu maddə olmadan vəziyyəti həll etmək mümkün deyil”.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Eyni zamanda, Peskov bildirib ki, bu gün prinsipcə münaqişənin həlli üçün yazılı “sülh planı” yoxdur, lakin o tərtib edilərsə, müəlliflər yeni reallıqları nəzərə almalı olacaqlar.
“Ukraynanın belə bir “sülh planı” ola bilməz ki, bugünkü reallıqları – Rusiyaya yeni bölgələrin daxil olmasını nəzərə almasın”, – Kreml sözçüsü deyib.
Xatırladaq ki, Rusiya Ukraynanın dörd regionunu – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal edəndən sonra onları bu il sentyabrın 30-da öz ərazisinə daxil edilib.(modern)