Rusiya Türkiyə ordusunu atəşə tutdu: İdlibdə qarşıdurma
Suiriyada vəziyyət yenidən gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfər etməsindən sonra gərginlik artıb.
Belə ki, Suriya ordusu İdlibi nəzarətə götürmək üçün hərəkətə keçib. Bu prosesdə Əsəd ordusuna Rusiya dəstək verir. Dünən gecə Suriya ordusu qurudan, Rusiyaya məıxsus hərbi təyyarələr isə İdlibi havadan atəşə tutublar.
Rusiya mediasının yaydığı məlumata görə, İdlibə əlavə qüvvə göndərən Türkiyə gecə çətinliklə üzləşib. Belə ki, İdlibə doğru hərəkət edən türk ordusu qəfil havadan hücuma məruz qalıb. Rusiya hərbi təyyarələri türk ordusunun İdlibdə yerləşməsinə imkan verməmək üçün havadan zərbələr endirib. Nəticədə, Türkiyənin hərbi qüvvələrinin ərazidə yerləşməsində problem yaranıb.
Məlumatlara görə, baş verən hadisə zamanı ölən və yaralanan olmayıb. Türkiyə tərəfi isə rusların bu hərəkətlərinə qarşılıq olaraq, Suriyaya havadan müdafiə qüvvələri yerləşdirmək qərarı verib. Yaxın günlərdə hava hücumlarından müdafiə məqsədi ilə iki raket-zenit kompleksinin bölgəyə gətirilməsi nəzərdə tutulub.