
Dünya
Rusiya Suriyadakı Türkiyə bazalarına vurmağa hazırlaşır? – İDDİA
Rusiya Suriyadakı Türkiyəyə məxsusu hərbi bazalara havadan zərbələr endirməyi planlaşdırır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə rus mənbələri məlumat yayıb.
Məlumatda, rus tərəfinin guya, Türkiyə-Suriya sərhəddin 300 metrliyində Ankaraya “bağlı” “cihadçı dəstələr” yerləşdirdiyini iddia etdiyi bildirilir. Qeyd edilir ki, həmin “baza”da guya, yüzlərlə “cihadçı” qərarlaşıb və onlara Türkiyə bütün şəraiti yaradıb. O da bildirilir ki, bu əməliyyat zamanı Türkiyənin ərazisinə bomba düşməsin deyə, ən müasir və dəqiq silahlardan istifadə olunacaq.