
Dünya
Rusiya sizinlə güc dili ilə danışacaq – Medvedev
“Əgər siz başqa cür başa düşməsəniz, Rusiya sizinlə güc dili ilə danışacaq”.
Jamaz.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiyanın eks-prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.
O, “Zirkon” hipersəs raketləri ilə “Admiral Qorşkov” freqatının NATO sahillərinə göndərilməsindən danışıb. Medvedev bu addımı alyansa “əsas Yeni il hədiyyəsi” adlandırıb.
“Ona görə də sevinin! Rusiyaya və müttəfiqlərimizə birbaşa təhlükə yaradan siz və sizin əlaltılarınız heç vaxt bağışlanmayacaqlar. Əgər siz başqa cür başa düşməsəniz, Rusiya sizinlə güc dili ilə danışacaq”, – deyə Medvedev bildirib.