Dünya

Rusiya Krivoy Roqu vurdu – 2 ölü, 31 yaralı

Rusiya Ukraynanın Krivoy Roq şəhərini atəşə tutub.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna rəsmilərinin məlumatına görə, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə təhsil müəssisəsinin dördmərtəbəli binasına düşüb.

Dnepropetrovsk Dövlət Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, zərbə nəticəsində iki nəfər ölüb, 31 nəfər yaralanıb.

Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya son günlər şəhərləri, şəhər mərkəzlərini inadla vurur: “Amma bu terror bizi qorxutmayacaq və sındırmayacaq. Biz işləyirik və xalqımızı xilas edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button