
Dünya
Rusiya Kiyevi raket atəşinə tutdu
Bu gün səhər saatlarından etibarən Ukraynanın paytaxtı Kiyev şəhərində hava hücumu siqnalları işə düşüb. JAMAZ.İNFO xəbər verir ki, paytaxtda ard-arda partlayış səsləri eşidilib.
Məlumata görə, Rusiya tərəfindən atılan raketlər Kiyevin bir neçə rayonuna, həmçinin şəhərin mərkəzinə düşüb. Kiyev meriyası əhaliyə müraciət edərək, onlardan sığınacaqlara yerləşmələrini xahiş edib.