
Dünya
Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı işdən çıxarıldı
Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski tutduğu vəzifədən azad edilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumat Britaniya kəşfiyyatının yeni hesabatında yer alıb.
Kəşfiyyat qeyd edir ki, bu qərar Rusiyanın yüksək hərbi rəhbərliyi daxilində davam edən fikir ayrılıqlarından xəbər verir.
Teplinski Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əsas əməliyyat komandirlərindən biri olub və qoşunların Dnepr çayının qərbindən uğurla çıxarılmasında iştirak edib.