Dünya

Rusiya bu ölkələrlə əməkdaşlıq edəcək – Putin detalları açıqladı

Rusiya Federasiyası müstəqil inkişaf yolunu müdafiə edən ölkələrlə əməkdaşlığa hazırdır.

Jamaz.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Kremlin rəsmi teleqram kanalında Rusiya liderinin “Ordu-2023” forumunun açılışı münasibətilə çıxışının videosu yerləşdirilib.

Rusiya dövlətinin başçısının sözlərinə görə, əməkdaşlığın genişləndirilməsi üçün digər meyar vahid, bərabər və bölünməz təhlükəsizlik sisteminin qurulmasına hazır olmaqdır.

“Rusiya öz milli maraqlarını və müstəqil inkişaf yolunu müdafiə edən bütün dövlətlərlə texnoloji tərəfdaşlığın və hərbi-texniki əməkdaşlığın dərinləşməsinə açıqdır”, – Putin detalları bölüşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button