Dünya

Rusiya Azərbaycan təcrübəsindən istifadə etməyə hazırlaşır: “Kukruznik”dən PUA düzəldəcəklər

Rusiya Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsi zamanı istifadə etdiyi taktikadan yararlanmaq qərarına gəlib. JAMAZ.İNFO xəbər verir ki, həmin taktikalardan biri hamının “kukruznik” kimi tanıdığı “An-2” təyyarələrindən PUA kimi istifadə edilməsidir.

Qeyd edək ki, Azərbaycan müharibə zamanı “An-2” təyyarələrinə əlavə avadanlıqlar quraşdıqmaqla onlarda kamikadze PUA kimi yararlanıb. Həmin taktika sayəsində Ermənistan ordusunun Qarabağda yerləşdirdiyi Havadan Müdafiə Sistemlərinin böyük əksəriyyəti sıradan çıxarılıb.

Rusiyanın “Naviqator” şirkətinin Moskva üzrə şöbəsinin rəhbəri Dmitri Malov bildirib ki, onlar “An-2” təyyarələrindən PUA düzəltməyə hazırlaşırlar. Onun sözlərinə görə, şirkət xüsusi olaraq An-2-nin pilotsuz versiyası üçün uçuş və naviqasiya parametrləri kompüteri (VPNP) hazırlayıb. “Bölmə indikatorlarda uçuş və naviqasiya parametrlərini göstərir, hara uçduğumuzu göstərir, qanadları yayındırmaq üçün əmrlərin verilməsini təmin edir. Yəni əslində pilota kömək etmək üçün avtomatik idarəetmə sistemidir. VPNP-nin An -2 heterojen bloklarının pilotsuz versiyası üçün inteqrasiya olunmuş idarəetmə sistemində bir-birini təkrarlayır. İşlər təxminən iki il davam edəcək”.

Malov əlavə edib ki, modelin yeni olmamasına baxmayaraq, An-2 çox populyar təyyarə olaraq qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button