Dünya

Rusiya ABŞ-ın arxasınca qaçmayacaq

Rusiya XİN başçısı ölkəsinin ABŞ-la münasibətlərindən söz açıb.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

“Bizimlə Qərb arasında köhnə münasibətlər artıq mövcud olmayacaq. Rusiya Federasiyası “dost olaq” təklifləri ilə ABŞ-ın arxasınca qaçmayacaq. Narışkinlə Börns arasındakı görüş də Baydenin Putinə müraciəti əsasında baş tutub. Rusiya ABŞ-ın istənilən ciddi təklifinə ciddi cavab verəcək, bu, Vaşinqtondan asılıdır”, – deyə Lavrov bəyan edib.

O, Rusiyanın Çinlə münasibətlərindən də danışıb: “ABŞ Rusiya və Çini cilovlamaq üçün kifayət qədər qüvvəyə malik deyil. Rusiya ilə Çin arasında milli valyutalarla ticarətin payı dövriyyənin təxminən yarısına çatıb və artacaq”.

Nazir Türkiyə-Suriya normallaşması mövzusuna da toxunub. O bildirib ki, Moskva prosesi dəstəkləyir və Türkiyə vasitəçilik üçün Rusiyadan kömək istəyib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button