Dünya

Rusiya 3 milyonluq səfərbərliyə hazırlaşır

Rusiya Ukraynadakı itkilərini kompensasiya etmək və mövqelərini bərkitmək üçün əlavə 3 milyon insanı cəbhəyə göndərməyi planlaşdırır. JAMAZ.İNFO xəbər verir ki, bunu “Transbaykal”a müsahibəsində Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev deyib.

O bildirib ki, 3 milyon hərbçinin səfərbərliyə çağırmaq üçün hazırlıqlara başlanılıb. “Belə bir təşəbbüsü həyata keçirmək çətin olacaq. Çünki çağırışçıları silah, texnika, sursat və digər silahlı mübarizə vasitələri ilə təmin etmək lazımdır. Hərbi-sənaye kompleksi birdən-birə bu qədər çox silah və sursatı verə bilməyəcək”.

Onun sözlərinə görə, Rusiya hakimiyyət orqanları əsas diqqəti müqavilə ilə işə götürməyə yönəldərək fərqli yol tutmağa qərar verib. O əlavə edib ki, həmin proqram üzrə ilin sonuna kimi 420 min əsgərin orduya cəlb olunmasını planlaşdırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button