
Dünya
Rus ordusu Xersonu mühasirəyə aldı
Rusiya ordusu dünən gecədən etibarən Ukraynanın Xerson şəhərini mühasirəyə almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, rus əsgərləri şəhərin bütün çıxış yollarında blok-postlar qurublar. Xüsusən də Şumenski rayonunda daha aktiv hərəkətləniblər.
Şəhərin merinin verdiyi açıqlamaya görə, atəş altında qalmasınlar deyə, Antonov, Kazaçski və Veseloqo rayonlarında yaşayan yerli sakinlər evekuasiya edilib.
Son məlumatlara görə, ruslar avtomobillərə atəş açır, şəhərin yaxınlığındakı yaşayış məntəqələrində yaşayan sakinlərdən mobil telefonları yığırlar.