Dünya
Rus general İrəvana gəlib: Hərbi əməkdaşlığı gücləndirmək üçün
Rusiyanın Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov İrəvana səfər edib. JAMAZ.İNFO xəbər verir ki, o, Ermənistan-Rusiya hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.
Məlumatda deyilir ki, İstrakovu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan və Baş Qərargah rəisi Onik Qasparyan qəbul ediblər. Görüş zamanı hərbi əməkdaşlığın davam etdiriləməsi, bu sahədə görüləcək işlərin sürətləndirilməsi məsələləri müzakirə edilib.