Dünya

Qazaxıstandan Rusiyaya mesaj: “Heç bir ittifaq dövlətinə qoşulmayacağıq”

Qazaxıstanın ittifaq dövlətləri yaratmaq və ya onlara qoşulmaq niyyəti yoxdur.
Jamaz.info xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat katibi Ruslan Jeldibay sosial şəbəkələrdəki səhifəsində bildirib.
Jeldibay vurğulayıb ki, prezident Kasım-Jomart Tokayevin çıxışının “əsas mesajı” Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində inteqrasiyanın “yalnız iqtisadi yolla” getməsidir.
“Həqiqətən də, bu gün Aİİ-nin iki üzvü – Rusiya və Belarus daha yüksək və daha yaxın yaxınlaşma səviyyəsini nümayiş etdirir. <…> Bu baxımdan tamamilə fərqli məqsədləri olan iki inteqrasiya layihəsi çərçivəsində təşəbbüsləri bir-birindən ayırmaq çox vacibdir. Ölkəmizə gəlincə, Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır”, – Jeldibay yazıb.
Mayın 24-də çıxış edən Tokayev diqqəti ittifaq dövlətinin “fenomeni”nə yönəldib və Aİİ ölkələrinin müxtəlif inteqrasiya səviyyələrini müzakirə etməyi təklif edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button