
Dünya
Putinin xüsusi nümayəndəsi “Taliban”la danışıqlar apardı
Əfqanıstanda 2021-ci ilin avqustundan hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasının XİN başçısı Əmir Mottaki və Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov arasında görüş olub.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bidirilib ki, tərəflər Rusiya və Əfqanıstan arasında ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə ediblər. Həmçinin Rusiyanın Əfqanıstandakı diplomatik fəaliyyəti də müzakirə mövzusu olub.
Qeyd edək ki, Taliban qruplaşması Rusiyada qadağan olunmuş təşkilatlar siyahısına daxil edilib.(modern)