Dünya

Putin: Ukraynanı NATO-ya cəlb edilməsi Rusiyanı təhdid edir

Rusiya Ukrayna münaqişəsi ilə bağlı danışıqlara hazırdır. 
Jamaz.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Afrika dövlətlərinin liderləri ilə Ukrayna üzrə Sankt-Peterburqda keçirdiyi görüşdə bildirib.
Rusiya Federasiyasının lideri xatırladıb ki, əvvəllər “sülh müqaviləsi layihəsi faktiki olaraq razılaşdırılıb”, lakin “Kiyev hakimiyyəti sazişlərdən imtina edib”. “Buna görə də topun tamamilə onların tərəfində olduğuna inanıram”, – Putin yekunlaşdırıb.
O əlavə edib ki, Qərb ölkələri Ukraynanı NATO-ya çəkir və Rusiyanın təhlükəsizliyini təhdid edən məhz budur. Prezident xatırladıb ki, “Kiyev öz müstəqilliyini Sovet İttifaqının dağılması zamanı müstəqillik bəyannaməsi əsasında alıb”. “Və bu bəyannamədə ağ-qara yazılmışdı ki, Ukrayna neytral dövlətdir. Və bizim üçün bu, fundamental əhəmiyyət kəsb edir. Qərbin niyə Ukraynanı NATO-ya cəlb etməyə başladığı bizim üçün çox aydın deyil”, – deyən Putin, bunun Rusiyanın maraqları üçün fundamental təhlükə olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Qərb ölkələrinin Rusiyanın BMT Nizamnaməsini pozmaqda ittihamları ilə razı deyil. Onun sözlərinə görə, Rusiya Federasiyası, əksinə, bu sənədə ciddi şəkildə uyğun hərəkət edir. Rusiya lideri unutmamağa çağırıb ki, Rusiya Federasiyası böhranın sülh yolu ilə həlli üçün hər şeyi edib, o cümlədən Kiyevin əməl etməkdən imtina etdiyi Minsk razılaşmalarını imzalamaqla. O, həmçinin ikili standartlara və öz təhlükəsizliyini başqalarının hesabına təmin etmək cəhdlərinə yol verməməyi xahiş edib. O, ABŞ-ın və onun Qərb tərəfdaşlarının İraq, Liviya, Suriya, Sudandakı davranışlarını xatırladıb.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button