Dünya
Putin ilin son səfərini ləğv etdi
Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinə səfərini ləğv edib.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, buna səbəb hava şəraiti olub.
Əlverişsiz hava şəraitinə görə Putinin təyyarəsinin Sankt-Peterburqdan Pskova uçmayacağı bildirilib.
Rusiya prezidenti Pskovda iştirak etməli olduğu tədbirlərə onlayn formatda qoşulub.
Qeyd edək ki, bu, Putinin il ərzində sonuncu səfəri olacaqdı.