Dünya

Polşa ilə Rusiya arasında qalmaqal: Stalinə görə

Polşanın baş naziri Mateuş Moravetskinin sözlərinə görə, SSRİ-nin keçmiş lideri İosif Stalin hərbi cinayətkar olub.

Jamaz.info xəbər verir ki, siyasətçi belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putinin SSRİ rəhbərinin Polşadakı böyük xidmətləri haqqında söylədiyi sözlərdən sonra çıxış edib.

Moravetski Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını da açıqlayıb.

“Stalin yüz minlərlə polyakın ölümünə görə məsuliyyət daşıyan hərbi cinayətkar idi. Rusiya Federasiyasının səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq”, – Moravetski öz “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Polşanın Varşavaya bağışladığı qərb ərazilərinə görə Stalinə borclu olduğunu açıqlamışdı.

Rusiya rəhbəri Polşanın suverenliyinin Sovet İttifaqı və SSRİ-nin səyləri ilə bərpa olunduğunu da vurğulayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button