Dünya

Paşinyanın mətbuat konfransı etiraz doğurdu

Ermənistan Jurnalistlər Birliyi hökumətə çağırış ünvanlayıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, çağırışda jurnalistlərə qarşı diskriminasiya hallarına yol verməyin qəbuledilməz olduğu vurğulanıb.

Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın keçirəcəyi mətbuat konfransına bəzi mətbuat orqanlarının dəvət edilməməsi narazılığa səbəb olub.

Bildirilib ki, bu, mətbuat azadlığı və demokratiya prinsipləri ilə ziddiyyət təşkil edir. Jurnalistlər Birliyi hakimiyyəti mətbuat konfransına bütün media orqanlarını dəvət etməyə çağırıb.

Qeyd edək ki, Nikol Paşinyanın mətbuat konfransının bu gün keçirilməsi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button