Dünya
Paşinyanın əmlakı yoxlanılacaq
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.
Jamaz.info xəbər verir ki, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.