Dünya

Paşinyan Türkiyəyə başsağlığı verdi – İran yardım təklif etdi

Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan tviter səhifəsində yazıb.

“Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır”, – deyə o bildirib.

İran XİN-in sözçüsü Nəsir Kənani isə ölkəsinin Türkiyəyə başsağlığı verdiyini və yardım göndərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button