
Dünya
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün səhər saatlarından etibarən Təhlükəsizlik Şurasının iclasını keçirir. JAMAZ.İNFO xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan sərhəddində yaşanan son hadisələr və vəziyyəti düzəltmək üçün atılmalı olan addımlar, habelə gələcəkdə zəruri işlərin görülməsi müzakirə edilir.
Xatırladaq ki, 12 maydan Azərbaycan-Ermənistan sərhəddində gərginlik yaşanır. Belə ki, Azərbaycan Ordusu dövlət sərhədlərimizi bərpa etmək məqsədi ilə Laçın və Kəlbəcər istiqamətindən mövqelərini irəli çəkib. Ermənistan tərəfi isə iddia edir ki, guya, həmin ərazilər onlara məxsusdur.