
Dünya
Paşinyan Putinə zəng etdi: Qarabağla bağlı danışıblar
Bu gün Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən məlumat verilib.
Məlumatda deyilir ki, telefon danışığı zamanı tərəflər Qarabağla bağlı üçtərəfli bəyanatın və 11 yanvar görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Danışıqlarda həmçinin hərbi əsirlərin, girovların və digər məhbusların erkən qayıtması məsələsi də müzakirə olunub. Erməni ənənəsinə uyğun olaraq, bu dəfə də Azərbaycanı günahlandırıb. Və erməni tərəfi Azərbaycanın birgə bəyanatın bu bəndinin tələblərinə tam əməl etməməsindən narahat olduğunu bildirib.