Dünya

Özdağa yox, Kılıçdaroğluna baxırıq – HDP həmsədri

Xəbər verdiyimiz kimi, Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) “Millət İttifaqı”nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu ikinci turda dəstəklədiyini yenidən təsdiqləyib.

Jamaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP-nin həmsədri Pervin Buldan partiyanın siyasi kursu ilə ziddiyyət təşkil edən Zəfər Partiyasının sədri Ümit Özdağla Kılıçdaroğlu arasında əldə olunmuş razılaşmalara münasibət bildirib.

“Ümit Özdağın irqçi və faşist ritorikasına baxmırıq. Bizim üçün əsas olan Kılıçdaroğlunun dedikləridir. Özdağla protokol imzalamış ola bilərlər. Biz Kılıçdaroğlunun sözlərini əsas alırıq”, – o deyib.

Qeyd edək ki, HDP və Zəfər Partiyası arasında əsas fikir ayrılıqlarından biri seçilmiş bələdiyyə sədrlərinin vəzifədən kənarlaşdırılması halında onların yerinə bələdiyyə məclisində yeni sədrin seçilməsi, yaxud inzibati təyinatla kadrların gətirilməsi məsələsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button