Dünya
Özbəkistan KTMT-yə qoşulmaqdan imtina elədi
Özbəkistan “Rusiya NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqdan imtina edib. JAMAZ.İNFO xəbər verir ki, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şirzad Əsədov deyib.
O bildirib ki, ölkəsi KTMT-yə qoşulmaq niyyətində deyil. “Biz KTMT-dən hər hansı bir dəvət və təklif almamışıq. Üstəlik, bizim qanunlara görə, ölkə ərazisində hər hansi bir hərbi baza və bu qəbildən olan qurumların fəaliyyət göstərməsi və qurulması qadağandır”.