Dünya
Overçuk İrəvana gəlib
Rusiya baş nazirinin birinci müavini Aleksey Overçuk bu gün Ermənistana səfərə gəlib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə e-gov.am saytı məlumat yayıb.
Bildirək ki, Overçuk Rusiya, Azərbaycan və Ermənistan birgə işçi qrupunun üzvüdür və onun əsas missiyası Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı müzakirələrin aparılmasını təşkil etməkdir. Güman olunur ki, Rusiya baş nazirinin müavini İrəvandan sonra Bakıya da səfər edəcək.