Dünya

Orta Asiya ölkələri Türk Xaqanlığı qura biləcəkmi?

Son zamanlar geniş müzakirə olunan məsələlərdən biri də Turan dövləti ilə bağlıdır. Bununla əlaqədar olaraq çeşidli fikirlər, mövqelər var. Rusiya mediası isə son bir neçə gündə başqa bir mövzunu gündəmə gətirməyə çalışır.

Jamaz.info “Puls” qəzetinə istinadən xəbər verir ki, rusların qoyduqları əsas sual “Orta Asiya ölkələri Türk Xaqanlığında birləşə biləcəkmi?”dir.

Qəzet yazır ki, bu ad Türk Xaqanlığına yox, Türküstan Federativ Respublikası da ola bilər. “Yaxud türk konfederasiyası. Konkret ad o qədər də önəmli deyil. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan bunu edə biləcəkmi? Onların siyasətçiləri, hətta adi vətəndaşlar da birləşmək istəyəcəklərmi?”

“Puls” qeyd edir ki, Orta Asiya ölkələri 19-cu əsrin sonlarında qismən də olsa Rusiya hakimiyyəti altında birləşmişdilər. “Sovet dövründə isə onların etnik sərhədləri kifayət qədər aydın göstərildi. 1991-ci ildən etibarən müstəqil olan bu dövlətlər bir çox hərbi və siyasi təşkilatlarda bir olsalar da, bundan sonra inteqrasiya etməyi planlaşdırmırlar. Birliyə zəmin yaradan və əsas verən hər hansı ümumbəşəri ideologiyanın olmaması isə faktdır”.
Rus nəşri iddia edir ki, türkçülük ideologiyasının Orta Asiyaya gəlişiƏnvər Paşanın səyləri nəticəsində mümkün olub. “Ənvər Paşanın Orta Asiyada sovetə qarşı vuruşması və orada ölməsi onun ideyasının ölməsi ilə nəticələnmədi. Əksinə, Orta Asiyada məhz onun sayəsində bu gün türk millətçiliyi dərin kök salıb”.

Qəzet onu da iddia edir ki, Nur Paşanın ideyalarını bu coğrafiyada iki siyasi təçkilat qismən bölüşür. Onlardan biri kimi Özbəkistan İslam Hərəkatı, digəri kimi isə Şərqi Türküstan İslam Hərəkatı göstərilir. “Lakin hər iki partiya öz radikal baxışlarına görə, Özbəkistan və Çin tərəfindən sərt bir şəkildə təzyiqlərə məruz qalırlar. Burada həmin partiyaların üzvlərinin fiziki cəhətdən məhv edilməsi prosesi də baş verib”.
Rus nəşri yazır ki, hazırda Orta Asiya ölkələrinin birləşməsi üçün əsas ümid dinc şəkildə vətəndaşların istəklərinin formalaşdırılmasına qalıb. “Bu region ölkələrindən olan sadə insanlar qlobalizmi şüuraltı olaraq qəbul edirlər. Amma bu onların bir çətir altında birləşməsi üçün yetərli deyil”.

“Puls” qeyd edir ki, əgər nüfuzlu siyasətçilər Mərkəzi Asiya dövlətlərinin birləşməsinin bu və ya digər formasının, o cümlədən iqtisadi baxımdan faydalı olduğunu hesab etsələr, onlar nəinki həmvətənlərini birlikdə güc olduğuna inandıra, həm də mövcud beynəlxalq təşkilat yarada da bilərlər. “Hətta Avropa Birliyi kimi bir konfederasiya qurmaları da mümkündür. Burada ad ikinci dərəcəli məsələdir. Amma bu bölgənin əksər ölkələrində türk xalqlarının yaşadığını nəzərə alsaq, bu birliyi ortaq köklər əsasında həyata keçirmək məntiqli olardı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button