Nobel mükafatçısına 4 il həbs cəzası verildi
Hərbi çevriliş nəticəsində hakimiyyətdən məhrum olunan Myanmarın keçmiş dövlət müşaviri Aun San Su Çjiyə hökm oxunub.
“Reuters” agentliyinin verdiyi məlumata görə, Aun San Su Çji orduda iğtişaş yaratmaqda və sanitar normaları pozmaqda təqsirkar bilinib.
Myanmada hərbi çevriliş bu il fevralın 1-də baş verib. Həmin vaxt Aun San Su Çji, Prezidenti Vin Mina və digər çox sayda dövlət rəsmisi və mülki şəxslər həbs olunmuşdu.
Aun San Su Çji 2016-2021-ci illərdə ölkəsinin xarici işlər naziri və dövlət müşaviri vəzifəsini tutmuşdu. O, 1991-ci ildə Nobel sülh mükafatına layiq görülüb.
Aun San Su Çji rəqibləri tərəfindən həmçinin Myanmar müsəlmanlarına qarşı kütləvi qırğınların törədilməsinə göz yummaqda ittiham edilmişdi.
Myanmardakı həbi çevrilişdən sonra ABŞ və digər böyük dünya dövlətləri ölkədəki demokratiyanın təhdid altında olmasına görə narahat olduqlarını bildirmişdilər.