Dünya
NATO-nun bu addımı Putini qəzəbləndirəcək
NATO Ukraynaya Putini qıcıqlandıracaq silahlar ötürə bilər.
Jamaz.info xəbər verir ki, ABŞ Ukraynaya “M1 Abrams” ağır tanklarının sürətləndirilmiş şəkildə təhvil verilməsini nəzərdən keçirir. Əvvəlcə avadanlıqların çatdırılması bir il çəkməli idisə, indi bir neçə aya bu prosesin yekunlaşması ətrafında müzakirələr gedir.
Kiyevdə həmin tankların peyda olması Rusiya prezidenti Vladimir Putini qəzəbləndirəcək. Bu barədə “19FortyFive” yazır.
“Ukrayna silahlı qüvvələrinin “Abrams”lardan istifadə edərkən maksimum effektivliyə nail olmaqla bağlı problemləri ola bilər”, – nəşrin müəllifi öz nöqteyi-nəzərini bölüşüb.