
Dünya
NATO-dan Türkiyə açıqlaması: üzv ölkələr ilə birlikdə…
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədə baş verən zəlzələlərə görə alyans ölkələrinin Türkiyə ilə güclü həmrəylik içində olduğunu bildirib.
Jamaz.info xəbər verir ki, Stoltenberq fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı üçün mətbuat konfransına Türkiyədə baş verən zəlzələlərə toxunmaqla başlayıb.
“Düşüncələrimiz türk xalqının yanındadır”, – Stoltenberq deyib.
Baş katib NATO-ya üzv ölkələrin axtarış-xilasetmə işçiləri, yanğınsöndürənlər, səhiyyə işçiləri və zəlzələ ekspertləri kimi çoxlu yardım işçisini Türkiyəyə göndərdiyini bildirib.
NATO ölkələrinin Türkiyəyə müxtəlif sığınacaq dəstəyi verəcəklərini ifadə edən Stoltenberq, “Müttəfiqimiz Türkiyə ilə güclü həmrəyliyik” – deyə əlavə edib.