Dünya

Moskvadan İsraildəki etirazlara reaksiya

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İsraildə baş verənlərə münasibət bildirib.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, o, Rusiyanın İsrailin daxili işlərinə qarışmadığını bəyan edib.

“Biz istəyirik ki, vəziyyət siyasi prosedurlar çərçivəsində nizamlansın. Rusiyada İsraildə vəziyyətin gərginləşməsində ABŞ-ın mümkün izinə dair məlumat yoxdur, lakin Vaşinqtonun digər ölkələrin daxili işlərinə qarışması təbiidir”, – deyə Boqdanov söyləyib.

O əlavə edib ki, Moskva İsrail vətəndaşları, eləcə də oradakı Rusiya vətəndaşları üçün sabitlik və təhlükəsizliyə ümid edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button