Dünya

Moskva vilayətində güclü partlayış – PUA iddiası

Rusiyanın Moskva vilayətində güclü partlayış baş verib.
Jamaz.info Rusiya KİV-ə istinadla xəbər verir ki, partlayış səhər saat 10:45-də(Bakı vaxtı ilə 11:45) Sergiev Posad şəhərində Zaqorsk Optik-Mexanika Zavodunda baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış pirotexnika anbarında baş verib.
“112” Teleqram kanalında zavodun binalarından birinin pilotsuz təyyarə ilə vurulduğu iddia edilir.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, partlayış nəticəsində 31 nəfər xəsarət alıb, 3 nəfər ağır yaralanıb, 19 nəfər isə xəstəxanaya çatdırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button