Dünya

Moskva aeroportlarında uçuşlar kütləvi şəkildə təxirə salınıb

Rusiyanın paytaxtı Moskvanın üç hava limanında 20 reys təxirə salınıb.

Bunu “Yandeks.Raspisaniya” xidmətinin məlumatları sübut edir.

Beləliklə, on təyyarənin Domodedovodan uçuşunun təxirə salındığı məlum olub. Vnukovoda dörd reys təxirə salınıb, dörd reys gecikib. Şeremetyevoda iki təyyarənin uçuşu gecikir.

Jukovskidə qrafikdə pozuntular barədə məlumat yoxdur.

Moskva hava limanlarında sərnişin təyyarələrinin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi açıqlanmır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button