Dünya

MİT-dən daha bir əməliyyat: İŞİD-in “Türkiyə valisi” yaxalandı

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyada daha bir əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, həmin əməliyyat zamanı İŞİD-in “Türkiyə vilayəti üzrə valisi” elan edilmiş Qasım Gülər həbs olunub.

Məlumatda deyilir ki, “Əbu Üsəma əl-Türki” ləqəbi ilə tanınan Qasım Gülər həbs olunduqdan sonra Türkiyəyə gətirilib. Onun Türkiyədə bir sıra terror aktları planlaşdırdığı da məlum olub.

Qeyd edək ki, Gülər 2008-2010-cu illərdə Əfqanıstan-Pakistan sərhəddini keçərək, İslami Cihat Təşkilatının tərkibində fəaliyyət göstərib. 2014-cü ildə İŞİD lideri Bağdadiyə biət etdiyini və onunla birlikdə “mübarizə” apardığını açıqlayıb. Bundan başqa, Gülər 2018-ci ildə İŞİD-in rəhbərliyində yer alıb və ona “Türkiyə üzrə nümayəndə”, daha sonra isə İŞİD-in Rusiya, Avropa və Türkiyə üzrə maliyyə məsələləri üzrə nümayəndəliyi verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button