Dünya
MDB liderləri arasında fikir ayrılıqları var – Putin
Rusiya prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-rəsmi sammitində açılış nitqi ilə çıxış edib.
Jamaz.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin çıxışı zamanı iqtisadi əlaqələr və əməkdaşlıqdan söz açıb.
O, sammitdə iştirak etdikləri üçün dövlət başçılarına təşəkkür edib.Putin qeyd edib ki, ilin sonunda qeyri-rəsmi sammit keçirilməsi müsbət ənənə halını alıb.
“MDB liderləri arasında da fikir ayrılıqları var, amma biz bunu həll etməyə hazırıq”, – deyə o bildirib.
Rusiya prezidenti, həmçinin xaricdən MDB ölkələrinə yönələn təhdidlərdən söz açıb: “Xarici təhdidlər sadəcə artır”.