Dünya
Makrona sillə vuran şəxs idman ustası imiş
Xəbər verdiyimiz kimi, dünən bir qrup tərəfdarı ilə görüşən Faransanın prezidenti Emmuanel Makron qəfil hücuma məruz qalmışdı. JAMAZ.İNFO xəbər verir ki, onun əlini sıxmaq istəyən şəxslərdən biri Makrona sillə vurmuşdu.
Qeyd edək ki, hadisə ilə bağlı iki nəfər saxlanılsa da, sonradan onlar azadlığa buraxılıb. Makrona sillə vuran Demien T. adlı şəxsin isə Avropa Tarixi Döyüş Sənətləri (HEMA) və Uzaq Şərq qılıncoynatma sənəti üzrə idman ustası olduğu məlum olub.
Fransa prezidenti mətbuata verdiyi açıqlamasında deyib ki, hər şey qaydasındadır. “Dövlət məqamlarında çalışanlara hörmətlə yanaşmaq lazımdır. Şiddət və bifrət demokratiyanın əsas prinsiplərini zədələyə bilər”.