Dünya

Lukaşenkonun son durumu: Rusiya Dövlət Duması təsdiqlədi

Rusiya Federasiyasının Dövlət Duması Lukaşenkonun xəstəliyi ilə bağlı məlumatı təsdiqləyib.

Jamaz.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Belarus prezidenti Aleksandr Lukaşenkonun xəstələndiyini, lakin onda koronavirus aşkarlanmadığını bildirib.

Zatulin vurğulayıb ki, Lukaşenko xəstələnməsinə baxmayaraq, Moskvaya gəlməyi özünə borc bildi, həmin gün axşam isə Minskdə tədbirlərdə iştirak etdi. Yəqin ki, ona sadəcə bir az dincəlmək lazımdır.

O bildirib ki, Lukaşenkonun hansı xəstəlikdən əzityyət çəkdiyini bilsə də, bunu açıqlamayacaq.

Qeyd edək ki, mayın 9-da Lukaşenko Moskvadakı parada qatılıb. Lakin o, tez də Minskə qayıdıb.

Lukaşenko həmçinin Minskdə Qələbə Gününə həsr olunmuş tədbirdə ənənəvi nitqlə çıxış etməyib.

Mayın 13-də, uzun müddət ictimaiyyətdən uzaq qaldıqdan sonra, Lukaşenkonun şənbə günü Drozdıdakı prezident klinikasına baş çəkdiyi bildirilir.

Mayın 14-də o, Belarusun Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni Günü ilə bağlı tədbirdə də iştirak etməyib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button