Dünya

Krımda dəmiryolu partladıldı

Rusiya tərəfindən ilhaq edilən Krımın Simferopol şəhərində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Jamaz.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, qatarların hərəkətinin dayandırılmasına qəza səbəb olub, nəticədə taxıl daşıyan beş vaqon relsdən çıxıb.

Teleqram kanallarında dəmir yolunda partlayış baş verdiyi iddia edilir. Rusiya hakimiyyətinə yaxın “Mash” kanalı yazıb ki, dəmiryolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb. Hadisə yerli vaxtla səhər saat 08.20-də Simferopolun Baxçasaray rayonunda qeydə alınıb.

İtki və xəsarət alanlar barədə məlumat verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button