Dünya
Kreml: Ukrayna ilə bağlı maraqlarımızı nəzərə alan bütün ideyalara açığıq
Rusiya Federasiyası Ukraynada nizamlanma üçün Moskvanın maraqlarını nəzərə alan istənilən ideyanı dinləməyə hazırdır.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Braziliyanın Ukraynada nizamlanma təşəbbüsünü qiymətləndirmək hələ tezdir, biz nüansları öyrənməliyik”, – o qeyd edib.
Peskov həmçinin məlumat verib ki, aprelin 18-də Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Mixail Vedernikovla görüşəcək.