Dünya
Kərim Mənsimov 18 il azadlıqdan məhrum edildi
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Mənsimov 2022-ci ilin yanvarındakı hadisələrlə bağlı dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Jamaz.info xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, yanvar hadisələri zamanı Qazaxıstanda 238 nəfər həyatını itirmiş, 4 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər almışdı. Hadisələr zamanı ümumilikdə 1440 silah oğurlanaraq etirazçılara paylanıb.