İsveçin Rusiya qorxusu: NATO-ya icazə verdi ki…
İsveçin baş naziri Ulf Kristersson NATO qoşunlarının ölkədə müvəqqəti yerləşdirilməsinə icazə verdiklərini bildirib.
Jamaz.info xəbər verir ki, Kristersson və müdafiə naziri Pal Consonun “Dagens Nyheter” qəzetinə yazdığı ortaq məqalədə Rusiyanın onlara qarşı təhdid yaratmağa davam etdiyi, İsveç hökumətinin ordunun NATO-ya üzv dövlətlərlə birgə hazırlıq işləri apara biləcəyinə qərar verdiyi bildirilib.
Məqalədə, “Rusiya hələ də bizim üçün təhdiddir. Böhran və ya müharibə vəziyyətində biz tez bir zamanda digər xalqların hərbi resurslarını bölgəmizə gətirməyi bacarmalıyıq. İsveç hökuməti olaraq NATO əsgərlərinin bizim ərazimizdə olmasına icazə verdik.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və onun qonşusu İsveç 18 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edərək, onilliklər boyu davam edən hərbi neytrallıq siyasətinə son qoyub.