Dünya

İsveçin müdafiə naziri: “Xalq müharibəyə hazır olmalıdır”

İsveçin müdafiə naziri Karl Oscar Bolin və silahlı qüvvələrin baş komandanı Maykl Baden xalqa müraciət edərək, onları müharibəyə hazır olmağa çağırıb. JAMAZ.İNFO xəbər verir ki, İsveç Müdafiə Nazirliyində keçirilən konfransda Baden çıxış edərək deyib ki, vəziyyət hələlik sabitdir.

O bildirib: ““Vəziyyət hələ ki, tutqun deyil, lakin çox ciddidir. Bütün vətəndaşlar özlərini İsveçdə müharibəyə hazırlamalıdırlar. Özünüzü fərdi səviyyədə də psixoloji cəhətdən hazırlamalısınız”.

İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bolin is deyib ki, İsveçdə müharibə ola bilər. “Bütün isveçlilər hərbi qüvvələri gücləndirmək üçün hərəkətə keçməlidirlər”.

O, İsveç vətəndaşlarına “Vəziyyətin nə qədər ciddi olduğunu öyrənməliyik” deyib. “Ukraynadakı xəbərlərə baxın və özünüzdən soruşun ki, eyni şey burada baş versəydi, mən hazır olardım? Belə olan halda mən nə etməliyəm? İnsan nə qədər çox düşünüb özünü hazırlasa, cəmiyyətimiz bir o qədər güclü olar”.

Bu yaxınlarda İsveçin xarici işlər naziri Tobias Billström iddia edib ki, Rusiya yaxın gələcəkdə İsveç və Avropanın təhlükəsizliyi üçün ciddi təhlükə olaraq qalır.  “Biz özümüzü uzunmüddətli qarşıdurmaya hazırlamalıyıq. Rusiya BMT Nizamnaməsini və Avropanın təhlükəsizlik qaydalarını pozana qədər qarşıdurma davam edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button