Dünya

İsveç səfirliyinə qumbara atıldı

İsveçin Livandakı səfirliyinə naməlum şəxslər tərəfindən hücum edilib.

Jamaz.info “Expressen” nəşrinə istinadən xəbər verir ki, səfirliyin binasının qapısına yandırıcı qumbara atılıb, lakin partlamayıb.

Bundan əvvəl Livanın “Hizbullah” partiyasının lideri Seyid Həsən Nəsrullah müsəlmanları “Qurani-Kərim”i qorumağa və onun yandırılmasının arxasında duranları cəzalandırmağa çağırıb.

Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button