Dünya

İslam ölkələri təcili iclasa toplanır

İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə iyulun 31-də fövqəladə iclas keçirəcək.

Jamaz.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib.

O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə müzakirə apardığını deyib: “İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button