Dünya
İrandan İraqa raket zərbələri endirildi
İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti dəfə raket zərbələri endirib.
Jamaz.info xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.
Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına dəyib.
Məlumata görə, onlar, İranda hökumət əleyhinə etirazlara dəstək verdiklərinə görə hədəf seçilib. Atışma nəticəsində bir neçə nəfərin öldüyü deyilir.