Dünya
İran ikinci vaksinin tətbiqinə başladı: “Covİran Bərəkət”
İran hökuməti koronavirus əleyhinə hazırladığı ikinci vaksinini kütləvi şəkildə istifadə barədə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə səhiyyə naziri Səid Nəməki açıqlama yayıb.
O bildirib ki, “Covİran Bərəkət” adlı yeni vaksinin təcili olaraq geniş şəkildə istifadəsinə icazənin verilməsi əhali arasında vaksinasiya prosesini sürətləndirməkdir.
Onun sözlərinə görə, İranın öz istehsalı olan “Pastor”, “Razi Cov Pars” və “Fəxra İran” vaksinlərinin də yaxın günlərdə kütləvi istehsalına və tətbiqinə star veriləcək.
Xatırladaq ki, İranın koronavirus əleyhinə ilk vaksini “Fəxra İran”dır (İranın Fəxri). Artıq ölkədə bu vaksinin tətbiqinə start verilib.