Dünya
İran beynəlxalq qurumdan kənarlaşdırıldı
BMT-nin İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasına səs verib.
Jamaz.info xəbər verir ki, ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək, ölkənin komissiyadan çıxarılma təşəbbüsü ilə çıxış edib.
29 ölkə çıxarılmanın lehinə səs verib, 8-i əleyhinə, 16-sı bitərəf qalıb.