
Dünya
İrəvanda üzərində Atatürkün şəkili olan çantalar satılır
Ermənistanın paytaxtı İrəvan şəhərindəki ticarət mərkəzlərində üzərində Türkiyənin qurucusu Mmustafa Kamal Atatürkün şəkilləri olan məktəbli çantalar satılır. JAMAZ.İNFO xəbər verir ki, şəhərdəki “Urartu” Ticarət Mərkəzində satılan çantaların qiyməti 8 dollara yaxındır.
Dünəndən etibarən ermənilər bu məsələyə etirazlarını bildirməyə başlayıblar. Onlar deyirlər ki, hələ sərhəd açılmamış Atatürkün şəkilləri olan çantalar gətirilirsə, sərhəd açıldıqdan sonra türklər İrəvanı tam nəzarətlərinə alacaqlar.